Ekopublika.az
Dollarla kreditlərin həcmi nə qədərdir? - HESABLAMA
Manatın “üzən məzənnə” rejiminə keçməsi daha çox dollarla bank kreditlərinin qaytarılmasında problem yaradıb. Hazırda müzakirə mövzusu olan məsələ dollarla kreditlərin məbləğidir.
Publika.az Mərkəzi Bankın ayın əvvəlində açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin 10 ayında banklar 18566.4 milyon manat kredit veriblər. Milli valyutada verilmiş kreditlərin həcmi 11281,7 milyon manat, xarici valyutada verilən kreditlərin həcmi isə manat ekvivalentində 7284,7 milyon manat təşkil edib. 7 284,7 milyon manatlıq kredit hesabat dövründəki məzənnəyə uyğun 6,85 milyard dollar deməkdir. Bu gün isə həmin məbləğ artıq 10,6 milyard manata bərabərdir.
Ümumilikdə, 1301,9 milyon manat kreditin ödəmə vaxtı keçib. Manatla kreditlər üzrə bu məbləğ 898,7 milyon manat, xarici valyutada kreditlər üzrə 403,1 milyon manat olub.
Hesabata əsasən, xarici valyuta ilə kreditlərin 2090,5 milyon manatı qısamüddətli, 5194,2 milyon manatı uzunmüddətlidir.
Onu da bildirək ki, 9-cu ayla müqayisədə xarici valyuta ilə verilən kreditlərin (8430,8 milyon manat) həcmi 10-cu ayda azalıb. Bu da ümumi kredit qoyuluşlarındakı azalma - Beynəlxalq Bankda aparılan restrukturizasiya tədbirləri ilə əlaqədardır.
Diqqətiçəkən məqamlardan biri də bankların özlərinin də xarici borclarının həcminin az olmamasıdır. Belə ki, 2015-ci il iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 6 mlrd. 629,1 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstəricidən 33% çoxdur.
Bununla yanaşı, 2015-ci ilin iyun ayında bankların xarici öhdəlikləri 353 mln. manat və ya 5,06% azalıb.
AMB-nin məlumatına görə, 2015-ci il iyulun 1-nə Azərbaycan banklarının ümumi xarici aktivləri 4 mlrd. 386,6 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin əvvəlinə olan göstəricidən 39,1% çoxdur. İyun ayında bankların xarici aktivləri 6,1% azalıb.
İqtisadiyyat şöbəsi
-
Rəsmi xronika14:47
İlham Əliyev Cəbrayılda açılışda iştirak etdi - Yeniləndi
-
Qoroskop14:00
Ən təhlükəli 4 bürc - Özünüzü onlardan qoruyun
-
İdman12:36
Baləli "Qarabağ"ı tənqid etdi: Belə davam edə bilməz - MÜSAHİBƏ
-
Dünya11:28
MKİ və "Mossad" aylardır bu oteldədir: Tam məxfi şəraitdə hansı danışıqlar aparılır?
-
Nida Xəbər 10:58
Ziya Məmmədovun oğlu ziyana düşdü: 1,4 milyon manat...
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"