“Yunayted Kredit Bank"da kompensasiyalar nə vaxt ödəniləcək?
Bizi izləyin

Ekopublika.az

“Yunayted Kredit Bank"da kompensasiyalar nə vaxt ödəniləcək?

Əmanətlərin Sığortalanması Fondunun üzvü olan “Yunayted Kredit Bank” ASC-də sığorta hadisəsi baş verib.

Fonddan Publika.az-a verilən xəbərə görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 25 yanvar 2016-cı il tarixli, 06/1 saylı qərarı ilə "Yunayted Kredit Bank" ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş 30.04.1996-cı il tarixli, 240 saylı lisenziya ləğv edilib.

Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 02 fevral 2016-cı il tarixli 16-00029-2016 nömrəli məktuba istinad edərək bildirir ki, “Yunayted Kredit Bank" ASC-nin əməliyyatlarına moratorium tətbiq edilib. Bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq 02 fevral 2016-cı il tarixi “Yunayted Kredit Bank" ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, sığorta hadisəsi baş verdiyi gündən 7 təqvim günü ərzində “Yunayted Kredit Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.

Fond məlumat üçün bildirir ki, “Yunayted Kredit Bank" ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir. 30 min manatdan çox əmanəti olan əmanətçilərin əmanətləri ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm