Digər
Zorladığı uşağın başını kəsdi - Dəhşətli cinayətin təfərrüatı(FOTOLAR)
Banqladeşdə ölkə gündəmini dəyişən dəhşətli cinayət hadisəsi törədilib.
Publika.az "The Daily Star"a istinadən xəbər verir ki, Dəkkə şəhərinin Pallabi bölgəsində bir kişi səkkiz yaşlı Ramisa Akter adlı qıza cinsi təcavüz etdikdən sonra onu amansızcasına öldürüb. Nəşrin məlumatına görə, Sohel adlı 32 yaşlı kişi 26 yaşlı Svapna adlı həyat yoldaşı ilə kirayədə yaşayırmış.
"Onlar bir otaq kirayələyiblər və üzbəüz mənzildə başqa ailə yaşayıb. Lakin bu dəhşətli hadisə zamanı uşağın atası işdə olub",- məqalədə yazılıb.
Polisin yaydığı məlumata görə, Sohel uşağı öz otağına aparıb və ona təcavüz edib. Qızın anası yalnız uşaq qışqıran zaman hadisədən agah olub: "O, qışqırıqları eşidib və səs gələn tərəfə-qonşuya gedib. Qadın qapının yanında qızının ayaqqabısının bir tayını tapıb. Ana qapını dayanmadan döysə də, heç kim cavab verməyib. Tezliklə qapı sındırılıb və insanlar Sohelin həyat yoldaşının başı kəsilmiş uşağın cəsədinin yanında dayandığını görüblər. Daha sonra 8 yaşlı qızın başı tualetdəki vedrədə aşkarlanıb. Güman edilir ki, kişi öz qurbanını qışqırıb müqavimət göstərdiyi üçün öldürüb".
Məqalədə o da qeyd edilib ki, pedofil pəncərənin torunu kəsərək qaçmağa çalışıbmış. Onun həyat yoldaşı isə qapını qəsdən açmayıb. Polis pedofili hadisədən bir müddət sonra saxlayıb. Pedofil bölməyə aparılan zaman qəzəbli kütlə tərəfindən öldürülməməsi üçün ona xüsusi dəbilqə və zirehli gödəkçə geyindirilib.
Müəllif: Tural
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj


































