Dünya
Virus sürətlə yayılır... - Sərhədi bağladılar
Uqanda Ebola virusunun yayılma riskini azaltmaq məqsədilə Konqo Demokratik Respublikası (KDR) ilə sərhədi müvəqqəti bağlayıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qərar dərhal qüvvəyə minib. Sərhəd yalnız epidemiyaya müdaxilə qrupları, humanitar əməliyyatlar, ərzaq və yük daşınması, həmçinin təhlükəsizlik xidməti əməkdaşları üçün açıqdır.
Ölkəyə giriş-çıxış edən bütün şəxslər ciddi tibbi nəzarətdən keçəcək və ehtimal olunan yerləşmə ünvanını göstərən anketləri dolduracaqlar. KDR-dən Uqandaya qayıdan vətəndaşlar Səhiyyə Nazirliyinin və rayon epidemioloji nəzarət xidmətlərinin nəzarəti altında 21 günlük təcrid olunacaqlar.
Xatırladaq ki, mayın 17-də ÜST Konqo Demokratik Respublikası və Uqandada “Ebola” epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edib.
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək
-
Kriminal1 İyul 19:00Sevgilisinin yeni həyat vədinə aldanan azərbaycanlı qızın meyiti tapıldı - Foto
-
Region1 İyul 17:36Ermənistanın Türkiyə ilə sərhəd planı: Görün ilk kimlər keçəcək
-
Dünya1 İyul 15:46NATO bu ölkəni "bir nömrəli düşmən" elan etdi - Yeni strategiya işə düşür

































