Maraq dünyası
Putinin ailəsi ilə bağlı gizli fakt üzə çıxdı: Babası bu kənddə...
Rusiya prezidenti Vladimir Putinin ata tərəfdən babası Spiridon İvanoviç Putinin 1879-cu ildə xaç suyuna salınma qeydi aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə TASS-a tarix üzrə fəlsəfə doktoru Mixail Qerşzon məlumat verib.
Araşdırmaçı alim bildirib ki, sənəd Tver vilayətində yerləşən Dudino kəndinin metrik kitabında tapılıb. Məlumata görə, Spiridon Putin ailəsinin Turqinovo kəndinin kilsəsinə bağlı olmasına baxmayaraq, Dudinodakı “İsa Məsihin Göyəqalxma” məbədində xaç suyuna salınıb.
Qerşzonun sözlərinə görə, araşdırma zamanı metrik kitablar, dini qeydiyyat sənədləri və əhali siyahıları öyrənilib. Bunun nəticəsində Putinin əcdadlarının doğum tarixləri, yaşadıqları yerlər və arxiv sənədləri dəqiqləşdirilib.
Tapılan qeyddə Spiridonun 1879-cu ilin dekabrında doğulduğu və xaç suyuna salındığı göstərilib. Sənəddə valideynləri “Pominovo kəndinin kəndlisi İvan Petrov və qanuni həyat yoldaşı Praskovya Matveyeva” kimi qeyd olunub. Xaç atası və xaç anası isə yaxın qohumları olub.
Tarixçi qeyd edib ki, həmin dövrdə uşaqlara adları valideynlər yox, keşişlər verirdi. Bundan başqa, kəndlilərin sənədlərində atasının adı “-viç” şəkilçisi olmadan yazılırdı. Bu səbəbdən “İvan Petrov” əslində “İvan Petroviç”, “Praskovya Matveyeva” isə “Praskovya Matveyevna” mənasını verir.
Araşdırma müəllifi bildirib ki, Putinin ata xətti üzrə əcdadları kəndli təbəqəsinə mənsub olub və onların gündəlik həyatı barədə arxivlərdə geniş məlumat qalmayıb. Çünki prezidentin qohumları Böyük Vətən Müharibəsindən əvvəl Tver vilayətini tərk ediblər.
Qerşzon əlavə edib ki, indiyədək Putinin nəsil şəcərəsi ilə bağlı tam elmi araşdırma aparılmayıb. Hazırda “Rosatom” əməkdaşı Aleksandr Lyubavin Dudino kəndindəki məbədin tarixi haqqında kitab hazırlayır. Yeni faktların prezidentin ailəsi ilə əlaqəni təsdiqlədiyi vurğulanır.
Müəllif: Adəm
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






































.jpg)
.jpg)
