Pullu xidmətlərdən istifadə artıb
Bizi izləyin

Ekopublika.az

Pullu xidmətlərdən istifadə artıb

Yanvar ayında hər bir istehlakçı orta hesabla 311,9 manatlıq və ya 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 47,3 manat çox əmtəə alıb və pullu xidmətlərdən istifadə edib.

Publika.az statistik rəqəmlərə istinadən xəbər verir ki, yanvar ayında istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə ölkə bazarlarında satılmış məhsulların həcmi 3,0 milyard manat olmaqla 2015-ci ilin eyni ayı ilə müqayisədə 4,2 faiz artıb.

Qeyri-dövlət sektorunun ticarət və xidmət fəaliyyəti daha da genişlənmiş, satılmış məhsulların ümumi həcmi əvvəlki ilin yanvar ayının səviyyəsini 4,4 faiz üstələyərək 2,8 milyard manata bərabər olub. İstehlak bazarı üzrə real artımın 98,9 faizi qeyri-dövlət sektorunun fəaliyyəti nəticəsində təmin edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm