ABŞ-ın dünya nəhəngi müflis olur – 25 min işçi ixtisar edildi
Bizi izləyin

Ekopublika.az

ABŞ-ın dünya nəhəngi müflis olur – 25 min işçi ixtisar edildi

Dünyada neftin qiymətinin sürətlə aşağı düşməsi ABŞ iqtisadiyyatına da böyük ziyan vurmağa başlayıb.

Publika.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, neftin qiymətinin aşağı düşməsi səbəbindən ABŞ-ın neft-qaz üzrə nəhəng geoloji kəşfiyyat şirkəti “Schlumberger” 25 min işçisini ixtisar etməyə məcbur olub.

Məlumata görə, şirkət 2015-ci ildən ixtisarlara başlayıb. Bu müddət ərzində “Schlumberger” ümumi işçilərinin 20 faizindən çoxunu ixtisar edib.

Bundan əlavə, 2015-ci ildən etibarən şirkətin gəlirləri 41 faiz azalıb.

Şirkət dünyada neftin qiymətinin aşağı düşməsi səbəbindən 1 milyard dollar zərər etdiyini açıqlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm