Neftin qiyməti yenidən fontan vuracaq
Bizi izləyin

Ekopublika.az

Neftin qiyməti yenidən fontan vuracaq

Neft qiymətlərinin stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutlar var.

Publika.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) bəyanat yayıb. Agentliyin rəqyinə əsasən bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir.

İranın prosesə qoşulması nəticəsində artım olacağına dair qorxular da özünü doğrultmayıb.

Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb.

Sənaye ölkələrində enerji siyasətini əlaqələndirən agentlik güman edir ki, qeyri-OPEC ölkələrində də istehsalın həcmi 2016-ci ildə sutkada 750,000 min barelə düşəcək.

ABŞ-dakı istehsalınsa sutkada 530,000 min barel azalacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm