Ceyhandan dünya bazarlarına 2,6 milyon ton neft çıxarılıb
Bizi izləyin

Ekopublika.az

Ceyhandan dünya bazarlarına 2,6 milyon ton neft çıxarılıb

Ceyhan limanından təxminən 2,6 milyon ton neft dünya bazarlarına çıxarılıb.

Publika.az xəbər verir ki, 2016-cı ilin mart ayı ərzində 2 milyon 604 min 212 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Cari ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 7 milyon 838 min 445 ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il aprel ayının 1-ə qədər Ceyhan limanından 299 milyon 032 min 217 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm