Ekopublika.az
Gürcüstan sürət qatarları təklif edir
Gürcüstanın vaqonqayırma zavodu istehsal etdiyi yeni vaqonları və elektrik qatarlarını Azərbaycana satmaq niyyətindədir.
Bununla əlaqədar hazırlanan yeni təkliflər paketi Azərbaycan tərəfinə təqdim olunacaq.
AZƏRTAC-ın xəbərinə görə, bu haqda zavodun müşahidə şurasının sədri Nino Tsilosani məlumat verib.
N.Tsilosani zavodun Avropa standartlarına cavab verən yeni yük və sərnişin vaqonlarının, elektrik qatarlarının istehsalına başladığını bildirib:
«Lazım olan lisenziya alınıb. 2010-cu ildən başlayaraq çinli tərəfdaşlarımızla birgə sürətli elektrik qatarlarının istehsalını həyata keçiririk. Bu qatarlar hazırda Tbilisi-Batumi şəhərləri arasında fəaliyyət göstərir».
N.Tsilosani qeyd edib ki, zavodun məhsulları yüksək standartlara cavab verir:
«İstehsal etdiyimiz yüksəkkeyfiyyətli vaqonların qiymətləri də sərfəli olacaq. Ona görə də düşünürük ki, Bakı-Tbilisi-Qars dəmiryol layihəsi aktuallaşdıqdan sonra «Azərbaycan Dəmir Yolları» bu cür sürət qatarları, xüsusilə də yük vaqonları ilə maraqlanacaq. Biz bununla əlaqədar hazırladığımız yeni layihəni və müvafiq sənədləri Azərbaycan tərəfinə təqdim etməkdən ötrü gələn ay Bakıya səfər edəcəyik».
-
Sosial11:30Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...
-
Region10:42Paşinyan qəzəbləndi, zalı tərk etdi: Bu gün Ermənistan parlamentində nə baş verib?
-
Ekologiya10:36Dünya buz dövrünün astanasında: Vaxt daralır, millətin mövcudluğu təhlükə altındadır
-
Sosial09:36Rusiya və Gürcüstanda 5, bizdə 10 faiz - Deputat bu verginin azaldılmasını təklif edir
-
MDB09:12Qonşuda avtomobillər rekord həddə bahalaşdı: Səbəbi bəllidir
-
Region08:10Türkiyədə ard-arda 3 güclü zəlzələ baş verdi
-
ABŞ07:55Tramp şatdauna son qoyan qanunu imzaladı
-
Magazin207:3563 yaşlı Demi Mur göz qamaşdırdı - Fotolar








.jpg)



.jpg)








.png)








.jpg)





.jpg)



