Ekopublika.az
BTC ilə neft ixracı artıb
2016-cı ilin may ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 625 min 235 ton Azərbaycan nefti nəql olunub.
Publika.az Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, cari ilin yanvar- may aylarında bu kəmərlə 12 milyon 440 min 802 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2016-cı il iyun ayının 1-ə qədər BTC-yə 305 milyon 116 min 191 ton neft vurulub.
Bundan başqa, 2016-cı ilin may ayında BTC kəməri ilə 404 min 436 ton Türkmənistan nefti nəql olunub.
2016-cı ilin may ayı ərzində 2 milyon 562 min 488 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb (Bu həcmin 1 milyon 558 min 661 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil etmişdir). Cari ilin yanvar-may aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 milyon 651 min 407 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il iyun ayının 1-ə qədər Ceyhan limanından 303 milyon 845 min 179 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
İqtisadiyyat şöbəsi
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO