Ekopublika.az
“Brexit” bir gündə 900 MİLYARD DOLLARI yox etdi
Böyük Britaniyanın Avropa Birliyindən (AB) ayrılma (Brexit) qərarı ABŞ birjalarında bir gündə təxminən 800-900 milyard dollarlıq dəyər itkisinə gətirib çıxarıb.
Publika.az “Bloomberg”ə istinadən xəbər verir ki, “High Frequency Economics”in baş iqtisadçısı Cim O'Sullivan bu barədə bəyanat verib. O “Brexit”in ABŞ iqtisadiyyatına və pul siyasətinə necə təsir edəcəyini şərh edib. Deyib ki, qlobal bazarlar “Brexit” qərarını həzm etməyə çalışır: “Yaşanan dalğalanma ABŞ iqtisadiyyatına mənfi təsir edəcək. Xüsusilə Nyu-York birjası və dollardakı sərt hərəkətlənmələr iqtisadi artıma mənfi təsir göstərəcək”.
Qeyd edək ki, ABŞ birjalarının cəmi bazar dəyəri 23 trilyon dollar ətrafındadır. Cümə günü Nyu-York birjasında itkilər 3,5 - 4,0 faiz ətrafında idi. Bu yalnız bir gündə birjanın 800-900 milyard dollar itirməsi deməkdir.
Ekspert FED-in gözləmə mövqeyində qalmasının səbəblərinə də toxunub: “Brexit”dən qaynaqlanan proseslərin ABŞ-ın məşğulluq bazarındakı yaxşılaşmanı dayandıracağı real görünmür. İşsizlik nisbəti düşməkdə, ödənişlər və inflyasiya artmaqda davam edəcək. FED prosesləri sentyabrda yenidən qiymətləndirəcək. Hələlik iqtisadi proseslər dəqiqlik qazanana qədər gözləmə mövqeyində qalacaq."
O, FED-in bu ilin dekabrında bir dəfə faiz artımına gedəcəyinə dair proqnoz verib.
İqtisadiyyat şöbəsi
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?