Büdcə kəsiri 3 faiz olacaq
Bizi izləyin

Ekopublika.az

Büdcə kəsiri 3 faiz olacaq

Rusiya büdcəsinin yanvar-may ayı üzrə kəsiri 893,616 milyard rubl olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 2017-ci il üzrə büdcə kəsiri ümumi daxili məhsulun 3,2 faizi qədər olacaq. Qeyd edək ki, maliyyə nazirliyi büdcə kəsirini örtmək üçün Milli Rifah Fondundan 783 milyard rubl yönəldir.

Bununla belə, ilin sonuna büdcə kəsirinin ÜDM-in 3 faizinə bərabər olacağı gözlənilir. Ötən ilin eyni dövrü ilə müqayisədə kəsir 5,7% artıb. İyun ayının 1-nə olan məlumata görə, büdcə gəlirləri 10,212 trilyon rubl, xərcləri 11,106 trilyon rubl olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm