Dövlət istiqrazlarına tələb artıb
Bizi izləyin

Ekopublika.az

Dövlət istiqrazlarına tələb artıb

Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0101004510 ISIN kodlu, 91 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Publika.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 8 investor tərəfindən 16 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 40,993,300.00 AZN təşkil edib. Sifarişlər 96.4410 AZN (15.0073%) və 98.7964 AZN (4.9542%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimal qiyməti 98.5301 AZN (6.0667%) orta ölçülmüş qiyməti 98.6631 AZN (5.5103 %) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 13.07.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 000 000 AZN təşkil edib. İstiqrazların ödəmə tarixi 11.10.2016-cı ildir. İstiqrazların tədavül müddəti – 91 gündür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm