FED faizləri artırmadı, amma…
Bizi izləyin

Ekopublika.az

FED faizləri artırmadı, amma…

Dünən axşam ABŞ Mərkəzi Bankı FED-in pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin (FOMC) iyul toplantısı başa çatdı.

Publika.az-ın məlumatına görə, FED-in faizləri dəyişdirmədi. Lakin ABŞ iqtisadiyyatına olan risklərin azaldığını və məşğulluq bazarının yaxşılaşdığını bildirərək, bu il ərzində faiz artırmaq üçün əlverişli şəraitin yaranmağa başladığını qeyd etdi. Beləliklə azı bir faiz artımı üçün qapını açıq qoydu.

Bildirək ki, analitiklər FED-in İyul toplantısında faiz artımına gedəcəyini gözləmirdilər. Treyderlər bankın dekabr ayındakı son iclasında, ya da sentyabrda faizləri artıracağını irəli sürürlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm