Ekopublika.az
Mərkəzi Bankın faiz qərarı milli valyutanın evini yıxdı
İngiltərə Mərkəzi Bankının (BOE) 2009-cu ilin mart ayından bu yana ilk dəfə faiz endiriminə getməsindən sonra funt sterlinq dəyərdən düşüb.
Publika.az xəbər verir ki, hökumət “Brexit”-dən sonra Böyük Britaniya iqtisadiyyatını dəstəkləmək üçün atılan təşviq addımları çərçivəsində faiz endiriminə gedib.
Funt-sterlinq doqquz üzvü olan Pul Siyasəti Komitəsinin faizləri 25 bənd endirmək qərarından sonra 16 valyuta qarşısında dəyərdən düşüb.
Qeyd edək ki, BOE faizləri rekord səviyyəyə - 0.25%-ə endirib. BOE Sədri Mark Carney və Mərkəzi Bank rəsmiləri dörd ildən bu yana ilk dəfə qiymətli kağız alışı hədəfini artırıb. 375 milyard funt-sterlinq səviyyəsində aktiv alış proqramı 60 milyard funt sterlinq (79 milyard dollar) artırılaraq 435 milyard funt-sterlinqə yüksəldilib.
Bu arada faiz qərarı “Bloomberg”in sorğusuna qatılan iqtisadçıların gözləntilərini qarşılayıb. Sorğuda iştirak edən 52 iqtisadçının ikisi istisna olmaqla hamısı faiz endirimini proqnozlaşdırıb.
Toplantıdan sonra funt sterlinq 1.5 faiz düşərək 1.3131 dollar səviyyəsində əməliyyat olunub. Funt-sterlinq avro qarşısında 1% zəifləyərək 84.53 pence (peni) səviyyəsinə enib.
İqtisadiyyat şöbəsi
-
Sosial6 Dekabr 22:56
Baş seysmoloq yüksək zəlzələ ehtimalı olan əraziləri AÇIQLADI - VİDEO
-
Ekopublika.az6 Dekabr 22:08
Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
-
Hadisə6 Dekabr 21:43
Azərbaycanda tələbə qəfil öldü - FOTO
-
Magazin26 Dekabr 21:19
Maykl Ceksonun qızı nişanlandı - Fotolar
-
Nəqliyyat6 Dekabr 19:45
Bu avtobusun gediş haqqı 80 qəpik olacaq
-
Kriminal6 Dekabr 19:15
Bakıda liftlərdə uşaqlara əxlaqsız hərəkətlər edən manyak saxlanıldı - FOTO
-
Kriminal6 Dekabr 19:05
Ramin Deko saxlanıldı
-
Kriminal6 Dekabr 18:25
Ehtiyatda olan polkovnik-leytenant həbs olundu