Ekopublika.az
Neftçalada avtomobil zavodunun təməli qoyuldu
Neftçala Sənaye Məhəlləsində Azərbaycan ilə İran arasında avtomobil istehsalı üzrə birgə müəssisənin təməli qoyulub.
Publika.az "Report"a istinadən xəbər verir ki, zavod Azərbaycanın “Azeurocar” şirkətinin İranın “Iran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə əsasında inşa ediləcək.
Müəssisənin təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Musatafayev və İranın ticarət və sənaye naziri Məhəmməd Rza Nemətzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Neftçala Sənaye Məhəlləsində avtomobil zavodunun tikintisi Azərbaycan və İran şirkətləri tərəfindən birgə reallaşdırılacaq. Müəssisənin illik istehsal gücü təxminən 10 min avtomobil təşkil edəcək. Zavodda 300 yeni iş yerinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, ümumi dəyəri 22,5 milyon manat olan layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyul ayında isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib.
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO