Prezident turzim sektoru ilə bağlı tapşırıqlar verdi
Bizi izləyin

Ekopublika.az

Prezident turzim sektoru ilə bağlı tapşırıqlar verdi

Burada həm turizm sektorunun inkişafı sürətlə getməlidir. Nəzərə alsaq ki, İsmayıllının çox gözəl təbiəti, tarixi var, rayonda Lahıc, Basqal kimi iki qədim kənd var, əlbəttə ki, burada turizm potensialının maksimum dərəcədə cəlb edilməsi gərək hamımızın işi olsun.

Publika.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlahm Əliyev İsmayıllıya səfəri zamanı deyib. Son vaxtlar Azərbaycana gələn turistlərin sayının artdığını deyən dövlət başçısı deyib ki, qonaqlar xüsusilə bu zonaya, şimal-qərb zonasına daha çox maraq göstərirlər.

"Siz də bunu görürsünüz. Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir. Əlbəttə ki, ilk növbədə infrastruktur layihələri icra edilməli idi və onların böyük hissəsi icra edildi. Qəbələdə beynəlxalq aeroport tikildi. İndi beynəlxalq uçuşlar həyata keçirilir. Bu beynəlxalq aeroport bütün zona əhalisi üçün böyük əhəmiyyət daşıyır. Zaqatalada aeroport tikildi. Avtomobil yolları tikilir. İndi Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilir", - Prezident əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm