Kimin nə qədər qızılı var?
Bizi izləyin

Ekopublika.az

Kimin nə qədər qızılı var?

Dünya Qızıl Şurası (World Gold Council) ən böyük qızıl ehtiyatına sahib ölkələrin adlarını açıqlayıb.

Publika.az xəbər verir ki, qiymətləndirməyə görə, Peru 34,6 ton, Malayziya 36,3, Bolqarıstan 40,2 ton qızıl rezervinə sahibdir.

Belarusun qızıl ehtiyatı 40,4 ton, Boliviyanın 42,5 ton, Finlandiyanın 49,1 ton, Argentinanın 61,7 ton qızıl ehtiyatı var.

Pakistanın qızıl ehtiyatı 62,4, Danimarkanın 66,5, Braziliya 67,1 ton, Misir 75,6 ton, İndoneziya 78 ton, Küveyt 78,9 ton qızıl rezervinə sahibdir.

Avstraliya üzrə bu rəqəm 79,8, İraq üzrə 89,8, Polşa üzrə 102,9,Ruminya üzrə 103,6 ton, Cənubi Koreya üzrə 104,3 ton, Yunanıstan üzrə 112,7 ton, Liviya üzrə 116,6 ton, Meksika 121,1 üzrə ton, Cənubi Afrika üzrə 125,2 ton, İsveç üzrə 125,7 ton, Sinqapur üzrə 127,3 ton, Tailand üzrə 152,4 ton, Əlcəzair üzrə 173,6, Venesuela üzrə 194,0 ton, Filippin üzrə 196 ton, Belçika üzrə 227,3 ton, Qazaxıstan üzrə 238,1 ton, Avstriya üzrə 279,9 ton, İspaniya üzrə 281,5 tondur.

Siyahıda eləcə də İngiltərənin 310,2 ton, Səudiyyə Ərəbistanının 322,9 ton, Türkiyənin 474,3 ton, İsveçrənin 1039,9 ton, Rusiya 1498,7 ton, Çin 1823,2 ton, Fransa 2435,7 ton, Beynəlxalq Valyuta Fondu 2814,0 ton, Almaniya 3378,2 ton, Amerika 8133,4 ton qızıl ehtiyatına sahibdir.

Göründüyü kimi, qızıl rezervlərinin həcminə görə, Amerika, Almaniya liderdir. Üçüncü sıra isə Beynəlxalq Valyuta Fondu gəlir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm