Dollar ucuzlaşacaq
Bizi izləyin

Ekopublika.az

Dollar ucuzlaşacaq

Bu gün Dövlət Neft Fondu (ARDNF) tərəfindən 150 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb, bu vəsaitdən 78,11 milyon ABŞ dolları məbləğində vəsait 22 banka satılıb.

Publika.az xəbər verir ki, hərraca çıxardılmış vəsaitin 78.11 milyon dollarının satılması tələbin kəskin aşağı düşdüyünü göstərir.

6 sentyabr 2016-cı il tarixində Mərkəzi Bankın valyuta hərracına Neft Fondu tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdı. Hərracda iştirak edən 30 bank tərəfindən məcmu tələb 588 milyon təşkil etmişdi.

8 sentyabr 2016-cı il tarixində Mərkəzi Bankda keçirilmiş hərracda Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 200 milyon ABŞ dolları və Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 100 milyon ABŞ dolları olmaqla, ümumilikdə 300 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdı. Hərracda məcmu tələb 402.56 milyon təşkil etmişdi. Bunlardan əvvəlki hərraclarda tələb 700-600 milyon dollar arasında dəyişirdi.

Bu isə deməyə əsas verir ki, bu gün dolların məzənnəsi ucuzlaşacaq.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm