Ekopublika.az
Cəlilabadda investisiya layihələrinin qəbuluna başlanıb
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəlilabad rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il aprelin 10-da Cəlilabad rayonunun Sabirabad kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Cəlilabad rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
50 başlıq südlük istiqamətli müasir ailə fermer
təsərrüfatlarının yaradılması;
intensiv çiyələk əkini və emalı müəssisələrinin yaradılması;
intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının
yaradılması;
müasir üzümqurutma və kiçik həcmli üzlük daş istehsalı
müəssisələrinin yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək
Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən,
kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi
dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu
gündən etibarən sahibkarlar investisiya layihələrinin
maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları
vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək
olar: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172;
telefon: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail:
[email protected]
-
Qoroskop00:30Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər
-
Sağlamlıq16 May 23:36Nazilə gəlini haqqında görün nələr deyib
-
Magazin216 May 23:00“Avroviziya-2026”nın finalı başladı - CANLI
-
Magazin216 May 22:48Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO
-
Magazin216 May 22:36"Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq
-
Avropa16 May 22:00Dünyanın ən yaşlı iti öldü
-
İdman16 May 21:12Boks üzrə ölkə çempionunun meyiti tapıldı

















.jpg)















.jpg)



