Yaxın Şərq
İraqın Hörmüz boğazı vasitəsilə neft ixracı kəskin azaldı
İraqın Hörmüz boğazı vasitəsilə neft ixracı aprel ayında kəskin azalıb.
Publika.az xəbər verir ki, bu barədə İraqın neft naziri Bəsim Məhəmməd şənbə günü keçirdiyi mətbuat konfransında məlumat verib. Nazirin sözlərinə görə, İraq aprel ayında Hörmüz boğazı üzərindən 10 milyon barel neft ixrac edib. Müqayisə üçün qeyd edilib ki, İraq son müharibədən əvvəl Hörmüz boğazından ayda təxminən 93 milyon barel neft ixrac edirdi. Bəsim Məhəmməd bildirib ki, bazarlar strateji əhəmiyyət daşıyan su yolunda enerji daşımalarının bərpası ilə bağlı siqnalları diqqətlə izləyir. Qeyd olunub ki, İran müharibəsinin başlanmasından bəri bazar təxminən 1 milyard barel həcmində tədarükdən məhrum olub.
İraq hökuməti Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə alternativ ixrac marşrutlarını genişləndirməyə çalışır. Bu çərçivədə Bağdad ilə Kürdüstan Regional Hökuməti arasında əldə olunan razılaşmadan sonra mart ayında Kərkük–Ceyhan neft kəməri vasitəsilə ixrac bərpa edilib. Hazırda Ceyhan limanı vasitəsilə gündəlik 200 min barel neft ixrac olunur və bu həcmin 500 min barelə çatdırılması planlaşdırılır.
Nazir əlavə edib ki, İraq hasilat və ixrac imkanlarının artırılması məqsədilə OPEC ilə koordinasiyanı gücləndirməyi nəzərdə tutur. Ölkənin gündəlik hasilat gücünün 5 milyon barelə çatdırılması hədəflənir.
Qeyd edək ki, Türkiyə üzərindən keçən neft kəməri istisna olmaqla, İraqın Hörmüz boğazını alternativ marşrutlarla əvəz etmək imkanları məhduddur. Bu səbəbdən ölkənin neft ixracı regional böhrandan ən çox zərər görən sahələrdən biri hesab olunur. Mart ayında İraqın ixracı əvvəlki ayla müqayisədə təxminən 97 faiz azalaraq gündəlik orta hesabla 99 min barel təşkil edib.
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam






.jpg)



























.jpg)

