FED faizləri niyə dəyişmədi?
Bizi izləyin

Ekopublika.az

FED faizləri niyə dəyişmədi?

Dünən ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşdı. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxladı.

Publika.az xəbər verir ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

FOMC-ın iclasından sonra mətbuat konfransı keçirən ABŞ-ın Federal Ehtiyatlar sisteminin direktoru Canet Yellen bildirib ki, uçot dərəcəsinin artırılmasına əsaslar güclənsə də, FED iqtisadiyyatın, o cümlədən əmək bazarının möhkəmlənməsinə dair məlumatları gözləməyə üstünlük verir: “Hesab edirəm ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik”.

Yellenin bildirib ki, iqtisadiyyat qarşıdakı bir neçə ildə mötədil (nə çox, nə az) artacaq: “Müəssisə investisiyaları zəif qalmaqda davam edir. İnflyasiyanın 2-3 ildə 2 faiz hədəfinə çatacağını gözləyirik. İşsizlik göstəriciləri daha çox adamın iş axtardığına işarə edir. Daha çox insanın iş axtarması müsbət inkişafdır. Şəxsi istehlak xərcləri qiymət inflyasiyası (PCE) hazırda 2 faiz hədəfindən aşağıdır. İqtisadi artım və məşğulluq artımı faizin qaldırılması üçün vəziyyəti gücləndirir. Yaxşılaşmaya dair daha çox fakt görmək üçün gözləməyi seçdik. Faizin artırılması sürəti məlumatlara reaksiyaya görə dəyişəcək”.

Nəzərə çatdıraq ki, FED-in Açıq Bazar üzrə Federal Komitəsinin əksəriyyətinin üzvləri də uçot dərəcəsinin ilin sonunadək bir dəfə artırılmasını gözləyirlər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm