Ekopublika.az
Binalarda davamlı enerjinin idarə olunması üzrə işlər aparılır
INOGATE
proqramının ekspertləri energetika auditi və idarə edilməsi üzrə
təhsil proqramının təkmilləşdirilməsində Azərbaycan universitetinə
yardım edir.
Publika.Az-ın
verdiyi xəbərə görə, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi
INOGATE enerji proqramının ekspert heyəti Azərbaycan Memarlıq və
İnşaat Universitetinə (AzMİU) “Enerji Auditi və İdarə Edilməsi”
üzrə magistr proqramı üçün tədris planının və təkliflərin
inkişafına yönəlmiş dəstəyi çərçivəsində Bakıya ikinci və son
səfərini həyata keçirir. Aparılan iş binalarda davamlı enerji ilə
bağlıdır.
Ötən ilin dekabr ayından etibarən INOGATE Texniki Katibliyindən
(İTK) olan bu ekspert qrupu universitetin enerji auditi və idarə
edilməsi sahələri üzrə təhsil proqramının təkmilləşdirilməsində
kömək məqsədilə AzMİU ilə sıx əməkdaşlıq aparır. Sonuncu səfər
zamanı ekspertlər yerli professorlar və auditoriya ilə birlikdə
yeni işlənmiş materialların mənimsənilməsi üçün xüsusi olaraq
hazırlanmış eksperimental məruzələri sınaqdan keçirib. Eyni
zamanda, İTK heyəti tərəfindən “Binalarda enerji idarə edilməsi və
auditi”nə dair kurs dərsliyi təqdim edilib.
Ümumiyyətlə, bu dəstək universitetin davamlı enerjiyə dair təlim
materiallarını yüksək standartlara uyğun olmasına kömək edəcək və
gələcək üçün daha keyfiyyətli tikinti mütəxəssislərini
yetişdirilməsinə imkan yaradacaq.
INOGATE Aİ tərəfindən maliyyələşdirilən, Aİ və tərəfdaş ölkələr,
həmçinin, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan,
Gürcüstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukrayna
arasındakı beynəlxalq enerji əməkdaşlığını dəstəkləyən proqramdır.
Proqramın fəaliyyəti dörd önəmli sahəyə yönəlib: tərəfdaş ölkələrin
enerji bazarlarının Aİ-nin prinsip əsasları ilə uyğunlaşdırılması;
enerji təhlükəsizliyinin möhkəmləndirilməsi; davamlı enerji
inkişafının dəstəklənməsi; ümumi və regional maraq kəsb edən enerji
(xüsusilə davamlı enerji) layihələrinə investisiyaların cəlb
olunması.
Nərmin Rəhimova
Riublika.az
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO