ARDNŞ Davos forumunda strateji tərəfdaş qismində iştirak edib
Bizi izləyin

Ekopublika.az

ARDNŞ Davos forumunda strateji tərəfdaş qismində iştirak edib

ARDNŞ Davos forumunda strateji tərəfdaş qismində iştirak edib

ARDNŞ Davos forumunda strateji tərəfdaş qismində iştirak edib Xəbər verdiyimiz kimi, yanvarın 21-25-də Davosda Ümumdünya İqtisadi Forumu keçirilib.

Publika.Az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti Forumda strateji tərəfdaş qismində iştirak edib. Şirkətin prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti ikitərəfli və çoxtərəfli görüşlər, təqdimatlar keçirib.

Yanvarın 22-də Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi təşkil olunub. Minədək qonağın iştirak etdiyi gecə “Azərbaycan - gələcəyin ölkəsi” adlı videoçarxın nümayişi ilə başlayıb, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Öttinger çıxış ediblər.

Tədbirə dünyanın nüfuzlu mətbuat orqanlarının nümayəndələri, o cümlədən ''Bloomberg'' televiziyası, ''Washington Post'' və ''Handelsblatt'' qəzetləri, ''Time'' və ''Fortune'' jurnallarının aparıcı əməkdaşları qatılıblar. “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi artıq üçüncü dəfədir ki, Davos Forumu çərçivəsində təşkil olunur.

Tədbirin məqsədi ölkəmizin dünyada daha yaxşı tanıdılması və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dünya biznes aləminə geniş miqyasda təqdim edilməsidir. ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər də keçirib.

BNP Paribas prezidentinin baş müşaviri Jan Lemyer, dünyanın ən nüfüzlu reklam şirkətlərindən sayılan ''Publicis'' şirkətlər qrupunun rəhbəri və sahibi Moris Levi, City Bankın vitse-prezidenti Zübeid Əhməd, BP-nin icraçı direktoru Bob Dadli ilə ikitərəfli görüşlərdə ARDNŞ ilə qarşılıqlı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm