Ekopublika.az
Sərhədyanı çaylarda su elektrik stansiyaları yaradılacaq
Avqustun 6-da Bakıda Azərbaycan Respublikası ilə İran
İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar
sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının
yekunları üzrə imzalanmış protokol çərçivəsində tərəflər ticarət,
iqtisadiyyat, bank sahəsi, birgə layihələrə investisya yatırma
sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini
razılaşdırıblar.
ANS PRESS-in məlumatına görə, tərəflər energetika sahəsində
Azərbaycan qazının İrana tədarükü və onun reallaşdırılması,
Azərbaycan qazının İran ərazisi ilə Naxçıvan Muxtar Respublikasına
tədarükü üzrə "qarşılıqlı mübadilə" əməliyyatlarının həcminin
artırılması, neft və neft-kimya sektorlarında əməkdaşlığı inkişaf
etdirmək niyyətindədirlər.
Tərəflər, həmçinin energetika sahəsində elektrik enerjisinin nəqli
və mübadiləsi üzrə əməkdaşlığı genişləndirmək, sərhədyanı çaylarda
("Ordubad", "Marazad" və digərləri) su elektrik stansiyaların
yaradılması, xüsusilə Araz çayı daxil olmaqla sərhədyanı çayları
sularından istifadə edilməsi qaydalarını hazırlamağı
planlaşdırırlar.
Azərbaycan və İran Şimal-Cənub (Rusiya-Azərbaycan-İran) dəmiryolu
dəhlizi çərçivəsində, dəniz gəmiçiliyi, gömrük, turizm, elm və
tədqiqatlar, IT, kənd təsərrüfatı, mədəniyyət, tibb sahələrində
əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi
deyib ki, əməkdaşlıq haqqında sənədin imzalanması iki ölkənin
münasibətlərində yeni səhifə açır. Onun sözlərinə görə,
hökumətlərarası komissiyanın iclası çox məhsuldar keçib.
M.Vaezi qeyd edib ki, rəhbərlik etdiyi nümayəndə heyətinə özəl
sektorun 60-dan çox nümayəndəsi daxildir. Bu şirkətlər Azərbaycan
şirkətlərilə məhsuldar danışıqlar keçiriblər: "Sabah biznes forum
keçiriləcək. Forumda mən və Azərbaycanın iqtisadiyyat və sənaye
naziri Şahin Mustafayev iştirak edəcəyik. Biz forumda Azərbaycan və
İranın özəl sektorlarının daha sıx əmıkdaşlığının təşkilinə yardım
edəcək xüsusi komitənin yaradılmasını elan edəcəyik. Əminəm ki, biz
gələn il sayca 10-cu birgə hökumətlərarası komissiyanın iclasını
keçirəcəyik. İnanıram ki, bu vaxtadək iki ölkə arasında əmtəə
dövriyyəsinin həcmi indiki göstəricidən 2-3 dəfə çox olacaq".
-
Magazin111:35
Azərbaycanda tanınmış müğənni ağır qəzaya düşdü: oğlu öldü - FOTO
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı