Ekopublika.az
Qeyri-neft sektorunda istehsal artıb
Cari ilin yanvar-iyul aylarında ölkənin
neft və qeyri-neft sektorunda ümumi daxili məhsul istehsalında ötən
ilin müvafiq dövrü ilə müqayisədə artım
olub.
Dövlət Statistika Komitəsindən ANS PRESS -ə
bildiriblər ki, ötən yeddi ayda neft sektorunda 14679,8 milyon
manatlıq, qeyri-neft sektorunda isə 19315 milyon manatlıq ümumi
daxili məhsul istehsal edilib.
Qeyd edək ki, Azərbaycanda ötən 11 ildə qeydə
alınan sürətli iqtisadi inkişafda neft sektorunun rolu aparıcı olsa
da son illər qeyri-neft sektoru ümumi iqtisadi artımda önə
çıxmaqdadır.
Rəsmi statistika və makroiqtisadi göstəricilərə
əsasən son 1 ildə ölkədə qeyri-neft sektorunda yüksək artım
müşahidə olunub. Neft gəlirlərinin iqtisadiyyatın
şaxələndirilməsinə hesablanmış xərclənmə strategiyası özünü
doğruldub. Keçid dövrünü yaşamış hər bir ölkə kimi Azərbaycan da
güclü iqtisadiyyat qurmaq üçün öz təbii resurslarından faydalanıb,
ancaq bu resurslardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını
uğurla şaxələndirə və onun neftdən asılılığını minimuma endirə
bilib.
Bu strategiya nəticəsində ölkədə tikinti, turizm,
kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya
texnologiyaları sektorlarında davamlı artım tendensiyası hökm
sürməkdədir. Bu tendensiyanın göstəricilərindən biri kimi, son 11
ildə ölkədə 1 milyondan yuxarı iş yeri yaradılıb və bunun böyük
hissəsi məhz qeyri-neft sektorunda baş verib.
-
Sosial21:24
Qaraçuxur sakininin başına gələn tragikomik hadisənin DETALLARI - VİDEO
-
Nida Xəbər 21:12
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
-
Nəqliyyat19:12
Daha bir nazirlik sürücülərə XƏBƏRDARLIQ ETDİ - YENİLƏNDİ
-
Magazin118:48
“Avtobusa minməyə pulum yox idi” - VİDEO
-
Ekopublika.az17:10
Pomidor və xiyarın qiyməti niyə əl yandırır? - ARAŞDIRMA
-
Hadisə16:40
Bakıda restoranda YANĞIN: 3 nəfər tüstüdən zəhərləndi
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO