Ekopublika.az
Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı AÇIQLAMA
"Dünya bazarlarında neftin qiymətinin yüksək səviyyədə formalaşması təbii ki, manatın məzənnəsinə ciddi dəstəkdir".
Publika.az bildirir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, neftin qiyməti bilavasitə ölkənin tədiyə balansına, cari hesablar balansına ciddi təsir göstərir. Lakin bunun nə dərəcədə uzunmüddətli olacağı bu gün məlum deyil.
"Bütövlükdə aparıcı beynəlxalq təşkilatlar cari ildə neftin konsensus qiymətini qaldırıblar. Ən azı, bugünkü qeyri-müəyyənliklər şəraitində proqnozlar ancaq cari illə kifayətlənir. Bildiyiniz kimi, hazırda dünya iqtisadiyyatında ciddi turbulentlik var. Federal Rezerv Sisteminin, dünyanın aparıcı mərkəzi banklarının pul-kredit siyasətinin sərtləşdirilməsi istiqamətində addımlar atacağı gözlənilir. Bunların da neftin qiyməti ilə əlaqəsi var. Ona görə də gözləməyi təklif edirəm. Amma cari ildə neftin qiymətinin yüksək formalaşacağı proqnozu Beynəlxalq Valyuta Fondu və bir sıra qurumlar tərəfindən artıq təsdiqlənib. Bu da bizim dövlət büdcəmizdə nəzərdə tutduğumuz qiymətdən əhəmiyyətli dərəcədə yüksəkdir. Bu isə o deməkdir ki, bizim əlavə valyuta ehtiyatlarımız yaranacaq," - deyə E.Rüstəmov bildirib.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları, məzənnə isə 1 dollar üçün 1,7 manat götürülüb. Dünya bazarında dünən "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,5 % artaraq 98,75 ABŞ dollarına çatıb.
"Brent" markalı neftin qiyməti isə son 8 ildə ilk dəfə olaraq bir barel üçün 95 ABŞ dollarını ötüb. Londonun ICE birjasına istinadən, dünən axşam fyuçers müqaviləsinin dəyəri 4 % artaraq bir barel üçün 95,33 ABŞ dolları təşkil edib.
"Brent" nefti sonuncu dəfə 2014-cü ilin oktyabrında 95 ABŞ dollarını keçib.
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam
-
Nida Xəbər 16 Sentyabr 15:31Baş nazir qərar imzaladı









.jpg)
























.jpg)

