Ekopublika.az
Əmək pensiyalarının orta aylıq məbləği 172,2 manat oldu
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2014-cü ilin avqust ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Publika.az. fonda istinadən xəbər verir ki, ümumilikdə bu ilin 7 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 7 ay ərzində fondun gəlirləri 1 660 mln. manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 8,2% və ya 125,6 mln. manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,2% artaraq 975,7 mln. manata çatıb. Bu daxilolmaların 63,7%-i və ya 622 mln. manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,6% və ya 69,7 mln. manat çoxdur.
2014-cü ilin 7 ayı ərzində Fondun xərcləri 1 658,8 mln. manat olub və bunun 98,2%-i pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib. 2006-cı ilin yanvarın 1-nə əmək pensiyalarının orta aylıq məbləği 29,8 manat təşkil edirdisə, hazırda bu rəqəm 172,2 manata çatıb. 2014-cü ilin iyulun 1-nə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 284 974 nəfər təşkil edib. Onların 61,1%-i yaşa görə, 28,1%-i əlilliyə görə, 10,8%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlardır.
İqtisadiyyat şöbəsi
-
İdman20:24
UFC debütantı MESAJ VERDİ: "Yeni kral gəlir"
-
Magazin220:00
Məşhur aktyor vəfat etdi - FOTO
-
Magazin119:36
Əməkdar artisti açıq geyiminə görə Türkiyədə efirə buraxmadılar - FOTO
-
Sosial19:24
İşsizlərə ŞAD XƏBƏR - Mayın 7-də…
-
İdman19:00
Ronaldo və Messi komanda yoldaşı ola bilərlər - Prezident ŞANS AXTARIR
-
Magazin218:36
Rihanna imicini kökündən dəyişdi - FOTO
-
Magazin117:30
Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ
-
Ekologiya17:20
Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ