Ekopublika.az
Meyvə-tərəvəzin istehsal qiymətləri bahalaşıb - Rəsmi statistika
Avqust ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,3 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 8,6 faiz bahalaşıb.
Publika.az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, çoxillik bitkilərin və diri heyvanlar, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə uyğun olaraq 1,3 və 2,1 faiz ucuzlaşıb.
Birillik bitkilərdən xiyarın 55,9 faiz, qarpızın 32,1 faiz, yoncanın 25,7 faiz, lobyanın 24,4 faiz, pomidorun 21,2 faiz, buğdanın istehsalçı qiymətləri 3,7 faiz bahalaşıb. Günəbaxan toxumunun 2,0 faiz, qarğıdalının 0,1 faiz, yerkökünün istehsalçı qiymətləri isə 0,2 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən süfrə üzümünün 7,3 faiz, moruq və böyürtkənin 21,1 faiz, fındığın istehsalçı qiymətləri 5,7 faiz ucuzlaşıb. Şaftalının 12,8 faiz, gavalı və göyəmin 4,7 faiz, almanın isə istehsalçı qiymətləri 1,1 faiz bahalaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından təbii balın 1,2 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun və həmçinin, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. Yumurtanın 4,0 faiz, quş ətinin (diri çəkidə) 9,9 faiz, südün və həmçinin, mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,5 faiz ucuzlaşın.
Avqust ayında yanacaq oduncağının əvvəlki ayla müqayisədə istehsalçı qiymətinin 6,0 faiz bahalaşması nəticəsində ümumilikdə meşə təsərrüfatı üzrə istehsalçı qiymətləri indeksi 105,8 faiz təşkil edib. Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində əvvəlki ayla müqayisədə heç bir dəyişiklik müşahidə olunmayıb.
İqtisadiyyat şöbəsi
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO
-
İdman15:00
Bütün Avropa bu qızları axtarır - FOTOLAR
-
Sosial14:55
“İpoteka haqqında” Qanuna dəyişiklik edildi: Kimlərə sərfəli olacaq?
-
Hadisə14:08
Bakının mərkəzində özünü binadan atan 37 yaşlı kişi şirkət işçisi imiş - FOTOLAR
-
Sosial13:18
Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ
-
Sosial13:06
Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ