Ekopublika.az
Azərbaycanın xarici dövlət borcu nə qədərdir?
1 iyul 2014-cü il tarixinə Azərbaycanın xarici dövlət borcu 4,987.9 milyon manat, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8,5 faiz təşkil edib.
Maliyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, borc
vəsaitlərinin 7,7%-i 10 ilə qədər, 62,0%-i 10 ildən 20 ilə qədər,
30,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
1 iyul 2014-cü il tarixinə xarici borc üzrə alınan kreditlərin
valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta
Fondunun Xüsusi Borcalma Hüquqları) - 10,8 faiz, ABŞ dolları - 60,6
faiz, avro - 24,3 faiz, yapon yeni - 2,3 faiz, İslam dinarı - 0.8
faiz, Səudiyyə rialı - 0,5 faiz, BƏƏ dirhəmi - 0,5 faiz, Küveyt
dinarı - 0,2 faiz.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı,
Avrova Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq
Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb
edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi,
infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi,
regionların su təchizatının yaxşılaşdırılması, dəmiryol nəqliyyatı
xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf
edilib.
Həmçinin, bu ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq
beynəlxalq valyuta bazarlarında uğurla yerləşdirilmiş xarici
valyuta nominallı dövlət qiymətli kağızları vasitəsilə 1,250,0
milyon ABŞ dollarında vəsait cəlb edilib və bununla da Azərbaycan
dövlət borcunun uzunmüddətli (10 il) gəlirlik əyrisinin bünövrəsi
qoyulub.
Gülnar Əliyeva
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO