Ekopublika.az
Neft Fonduna 200 milyard dollar daxil olacaq? – AÇIQLAMA
“Yaxın illərdə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 200 milyard dollar vəsait daxil olacaq”.
Bunu Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib. Düzdür, fond sədri “yaxın illər” dedikdə konkret olaraq hansı dövrü nəzərdə tutduğunu açıqlamayıb. Eyni zamanda bu gəlirlərin neftdən, qazdan və ya qaz kondensatından daxil olacağını bildirməyib.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın Publika.az-a açıqlamasına görə, 2015-2024-cü illərdə neftin orta ixrac qiyməti 80 dollar səviyyəsində olarsa, onda “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində Azərbaycanın gəlirləri təqribən 100 milyard dollar çərçivəsində olacaq: “Yox, əgər neftin orta ixrac qiyməti 100 dollar təşkil edərsə, onda bu göstərici 120 milyarddan bir qədər artıq olardı. Bu dövrdə Azərbaycanın Şahdəniz layihəsindən ümumi gəliri cəmi bir neçə milyard təşkil edə bilər. Çünki layihə üzrə kapital xərcləri həddən çox olduğundan, qarşıdakı ilk onillikdə Azərbaycana çatacaq mənfəət ümumiyyətlə az olacaq”.
İqtisadçı deyir ki, Neft Fondunun yaranmasından 15 ilə yaxın vaxt ötdüyü bir vaxtda onun hesablarına daxil olan vəsaitin məbləği 110 milyard dollardan az olub.
Xatırladaq ki, ARDNF-nin yaradıldığı 1999-cu ildə fondun aktivləri 271 milyon dollar təşkil edirdi. 2014-cü il iyulun 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri 4,86 faiz artaraq cari ilin əvvəli ilə (35 877,5 milyon dollar) müqayisədə 37 622,4 milyon dollar təşkil edib.
İqtisadiyyat şöbəsi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz
-
İdman7 Oktyabr 23:38
“Neftçi”nin baş məşqçisi o olacaq – Danışıqlar başladı
-
Kriminal7 Oktyabr 22:32
15 yaşlı Sevinc qətlə yetirilərkən hamilə olub - YENİ DETALLAR
-
Magazin17 Oktyabr 21:11
Afət Fərmanqızının oğlunun toyundan GÖRÜNTÜLƏR
-
Hadisə7 Oktyabr 19:30
Azərbaycanlı rəssamın qızı faciəvi şəkildə öldü
-
Nida Xəbər 7 Oktyabr 19:20
Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE
-
Magazin27 Oktyabr 18:50
Kianu Rivz peşəkar yarış sürücüsü oldu - FOTO