Ekopublika.az
İnam Kərimov: “Hacıqabulda “Cənub Qaz Dəhlizi” ilə əlaqədar görülən işlər başa çatmaq üzrədir”
"Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi ilə bağlı bəzi torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsilə əlaqədar Hacıqabul rayonunda vətəndaşlara xidmət sahəsində görülən işlər başa çatmaq üzrədir.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "İnsan hüquqları və qabaqcıl idarəçilik kontekstində dövlət xidmətlərinin göstərilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında bildirib.
İnam Kərimov bildirib ki, “ASAN xidmət” prezident İlham Əliyevin 10 sentyabr 2014-cü il tarixli “Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında” fərmanından irəli gələn məsələlərin icrasına başlayıb. Bura Abşeron rayonundan Ağstafa rayonunadək 424 km məsafə aiddir.
O, həmçinin qeyd edib ki, “Cənub Qaz Dəhlizi"nin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi üçün 13 rayonda 109 kənddə bir sıra xidmətlər göstərilməsilə bağlı vacib addımlar atılır.
Gülnar Əliyeva
-
Nəqliyyat23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin123:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI