Ekopublika.az
ARDNŞ ixrac həcmlərini açıqladı
Sentyabr ayında 8 min 534 ton avtomobil benzini, 83 min 334 ton dizel yanacağı, 19 min 174 ton təyyarə yanacağı və 72 min 889 ton vakuum qazoylu ixrac edilib.
Publika.az Dövlət Neft Şirkətinə istinadən bildirir ki, ümumilikdə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 9 min 280 ton avtomobil benzini, 712 min 941 ton dizel yanacağı, 138 min 889 ton təyyarə yanacağı, 417 ton soba mazutu və 358 min 772 ton vakuum qazoylu ixrac edilib.
2014-cü ilin sentyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 906,31 dollar, təyyarə yanacağının - 882,59 dollar, dizel yanacağının - 826,08 dollar, 1% kükürdlü mazutun qiyməti isə 567,01 dollar təşkil edib.
Xam neftin ixracına gəlincə, ARDNŞ 2014-cü ilin sentyabr ayında Novorossiysk limanından 84 min 796 ton, Supsa limanından 253 min 829 ton, Ceyhan limanından 1 milyon 725 min 423 ton xam neft ixrac edib. Ümümilikdə yanvar-sentyabr ayları ərzində Novorossiysk limanından 762 min 582 ton, Supsa limanından 2 milyon 283 min 286 ton, Ceyhan limanından isə 15 milyon 635 min 401 ton xam neft ixrac edilib. ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
İqtisadiyyat şöbəsi
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi