Ekopublika.az
ARDNŞ-nin Rumıniya nümayəndəliyi Buxarest Forumunda iştirak etdi

ARDNŞ-nin Rumıniyadakı mümayəndəliyi “Yeni İpək Yolu üzərində Avrasiya Strateji Seçim Potensialının üzə çıxarılması” mövzusunda keçirilən Buxarest Forumunda iştirak edib.
Publika.az xəbər verir ki, ABŞ-ın Alman Marşall Fondu, Rumıniyanın ASPEN İnstitutu, Rumıniya Milli Bankı və Milli İnkişaf Komitəsinin təşkilatçılığı ilə keçirilmiş tədbirə Rumıniyanın dövlət və hökumət rəsmiləri, 20 ölkədən 350-yə yaxın nümayəndə qatılıb. “Böyük Qara dəniz regionunda yeni enerji oyunları” mövzusunda keçirilən müzakirələrdə ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov çıxış edib. Qonaqlara Azərbaycanın enerji siyasəti barədə ətraflı məlumat verilib.
Ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynadığı və enerji mənbələrinin diversifikasiyasını hər zaman dəstəklədiyi vurğulanıb. Qeyd olunub ki, Trans-Adriatik (TAP) və Trans-Anadolu (TANAP) boru kəmərləri gələcəkdə bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcək. Həmzə Kərimov ARDNŞ-nin Qara dəniz bölgəsində həyata keçirilən strateji enerji layihələrində region ölkələri ilə birgə çalışmağa, öz təcrübəsini bölüşməyə həmişə hazır olduğunu bildirib.
İqtisadiyyat şöbəsi

-
MDB03:13
Sovet əsgəri 40 ildən sonra vətəninə qayıtdı və ona sarıldı - VİDEO
-
Magazin101:41
Röya Ayxan Kann Film Festivalında qırmızı xalıya çıxdı - VİDEO
-
İKT01:11
Hamilə teleaparıcı doğuş sancıları ilə EFİRƏ ÇIXDI
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Ulduzlar bu axşam bir sirr pıçıldayır
-
Sosial22 May 23:24
"Qızım yuxuma girdi" - Kürə atılan Nuranənin anası ilk dəfə DANIŞDI
-
İnanc22 May 23:12
Bu səlahiyyət Şeyxin əlindən alındı
-
Magazin122 May 22:24
"Bu olmasa, müğənnilərin 99 %-i BATAR"
-
MDB22 May 22:12
Ağaca söykənən oğlan iki barmağını İTİRDİ