Ekopublika.az
Dünyada qurğuların sayı insanların sayını ötüb

Mobil qurğular bazarının həcminin sürətlə artması dünyada aktiv qurğuların insanların sayını ötməsinə səbəb olub.
Publika.az-ın Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ABŞ Əhalinin
Siyahıyaalınması Bürosunun (United States Census Bureau) məlumatına
görə, Yer kürəsində 7,2 milyard insan yaşayır. Hər saniyədə dünya
əhalisinin sayı iki nəfər – ildə 1,2 faiz artır.
“GSMA Intelligence” analitik şirkətinin hesablamasına əsasən,
hazırda 7,2 milyarddan çox aktiv SİM kart dövriyyədədir. Bu
göstərici Yer kürəsi əhalisinin sayı ilə müqayisədə təxminən beş
dəfə sürətlə artır.
“Spencer Trask & Co” şirkətinin idarə heyətinin sədri Kevin
Kimberlin bildirib: “Bizə ən çox mobil telefonlar təsir edir, heç
bir texnologiya bununla müqayisə edilə bilməz. Bu, bəşəriyyət
tarixində ən sürətli inkişaf edən texnogen fenomendir. Cəmi otuz il
ərzində mobil qurğuların sayı sıfırdan 7,2 milyarda çatıb”.
SİM kartların insan sayını ötməsinə baxmayaraq, Yer kürəsi
əhalisinin yalnız yarısı mobil qurğulardan istifadə edir. Məsələ
ondadır ki, qeyd olunan 7,2 milyarda “M2M” sistemlərində, o
cümlədən avtomobil, tibb, tibbi cihazlar və s. quraşdırılan SİM
kartlar daxildir.
Məlumat üçün bildirək ki, “М2М” (Machine-to-Machine) qurğulara bir-biri ilə informasiya mübadiləsi etməyə və ya onu birtərəfli qaydada ötürməyə imkan verən kompüterlərarası əlaqə texnologiyasının ümumi adıdır. Bu, müxtəlif monitorinq sistemləri, terminallar, təhlükəsizlik, mühafizə, səhiyyə, telemetriya və s. sistemləri ola bilər.

-
Hadisə20:50
Gəncədən Moskavaya uçmalı olan aviareys təxirə salındı - Nə baş verib?
-
İdman20:20
Ançelotti 1 il müddətinə azadlıqdan məhrum olundu
-
Ekologiya19:40
Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 19:30
Baş nazir qərar imzaladı
-
Rəsmi xronika18:10
Azərbaycan və BƏƏ prezidentlərinin görüşü oldu - Yeniləndi
-
İKT17:27
Süni intellekt Ərdoğanı təhqir etdi: Türkiyədə bloklandı
-
Nida Xəbər 16:08
Əliyevlə Paşinyanın Əbu-Dabi görüşü: Sülh sazişi imzalanacaq?
-
İdman14:52
Ronaldo 7,5 milyonluq yaxtasında belə dincəlir - FOTOLAR