Ekopublika.az
"Azərsu" 118 min sayğac quraşdırıb
Bu ilin 9 ayı ərzində “Azərsu” ASC tərəfindən 111 mini əhali, 7 mini isə qeyri-əhali qrupu abunəçisi olmaqla, 118 min ön ödənişli smart-kart sayğacı quraşdırılıb.
Bu barədə Publika.az-a , “Azərsu” ASC-dən məlumat verilib. Məlumata görə, quraşdırılan sayğacların 45 mini regionların payına düşür.
Bununla da smart-kart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış sayğacların sayı 330 minə çatıb.
Azərsu-dan bildirilib ki, smart-kart sayğacların quraşdırılması əhali və qeyri-əhali qrup abunəçiləri üçün paralel aparılır. İndiyədək quraşdırılan sayğacların 299 mini əhali, 31 mini isə qeyri-əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artıb. Eyni zamanda, həmin abunəçilər üzrə ödəniş 100 faiz təmin olunub.
Hazırda Bakı şəhəri və ətraf qəsəbələrdə eləcə də bölgələrdə smart-kart sayğacların quraşdırılması intensiv şəkildə aparılır.
Smart-kart sayğacları ilə yanaşı, “Azərsu” ASC tərəfindən magistral xətlər üzərində 18 elektromaqnit zond tipli ABB, rayon sukanal idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında 53 elektromaqnit fləns tipli “KROHNE” su sayğacları quraşdırılaraq istismara verilib.
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi
-
Qarabağ 13:56
Kəlbəcərdə bədbəxt hadisə - Xəsarət alanlar var
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO