Ekopublika.az
Xarici borc ÜDM-in 8,5 faizinə çatıb
2015-ci ildə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Çexiya Sporitelna Bankı və digər beynəlxalq maliyyə qurumlarından kredit alınacaq.
Alınan kreditlər hesabına sosial təyinatlı və infrastruktur layihələrinin maliyyələşdirilməsinə 1473, 0 manat ekvalentində vəsait yönəldilməsi nəzərdə tutulub.
Publika.az xəbər verir ki, 2015-ci ilin büdcəsindən dövlət borcuna xidmətlə bağlı xərclər üçün 776,2 milyon manat müəyyən edilib. Xarici borclara 703,0 milyon manat, daxili borcların ödənilməsinə 73,2 milyon manat yönəldilməsi planlaşdırılıb.
2015-c il üçün Azərbaycanın daxili borcunun yuxarı həddi (limiti) 1000,0 milyon manat, xarici dövlət borcunun yuxarı həddi 1500,0 milyon manat müəyyən edilib.
Onu da bildirək ki, iyulun 1-dən xarici dövlət borcunun ümumi məbləği 6,4 milyard dollar təşkil edib. Borcun ÜDM-ə nisbəti 8,5 faizə çatıb. Adambaşına düşən xarici dövlət borcu 66,4 dollar olub. Ölkəyə cəlb edilən kreditlərin 38,1 faizini sabit dərəcə ilə olan kreditlər, 61,9 faizini dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib. İmzalanan müqavilələrə uyğun olaraq, xarici dövlət borcunun 7,7 faizi 10 ilədək olan müddətdə, 62,0 faizi 10 ildən 20 ilədək olan müddətdə, 30,3 faizi 30 ildən yuxarı müddətdə kreditorlara qaytarılmalıdır.
İqtisadiyyat şöbəsi
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO