Ekopublika.az
Rus iş adamları Azərbaycanda biznes imkanlarını araşdırır

Rusiyanın Maqnitoqorsk şəhərinin Deputatlar Şurasının sədri Aleksandr Morozovun rəhbərliyi ilə rusiyalı iş adamlarının da daxil olduğu nümayəndə heyəti Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olublar.
İqtisadiyyat və Sənaye Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycanda investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkənin qazandığı iqtisadi uğurlar, həyata keçirilən irimiqyaslı regional layihələr barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu vurğulayan AZPROMO rəhbəri rusiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət edib.
Maqnitoqorsk şəhərinin Deputatlar Şurasının sədri Aleksandr Morozov ölkəmizə səfərindən, Azərbaycandakı sosial-iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. Aleksandr Morozov çıxışında Rusiya Federasiyasının digər subyektləri kimi, Maqnitoqorsk şəhərinin də Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, Maqnitoqorska investisiya qoyuluşu imkanları barədə məlumat verib.
Tədbirdə Maqnitoqorsk şəhərinin investisiya və biznes imkanlarına dair film nümayiş olunub. İş adamları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran sualları cavablandırılıb.
İqtisadiyyat şöbəsi

-
Rəsmi xronika20:40
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNDİ
-
Region20:20
Türkiyədə dəhşətli PARTLAYIŞ: ölən və yaralanan var - FOTOLAR
-
Magazin120:10
Xalq artisti həbs etdirdiyi keçmiş həyat yoldaşı haqda: "Mənə dəfələrlə bıçaq vurub"
-
Kriminal19:55
Harutyunyan məhkəmədə dövlət ittihamçılarının suallarını cavablandırdı
-
Nida Xəbər 18:50
Bunu alqışlayıram - Paşinyandan Azərbaycanla bağlı paylaşım
-
MDB18:30
Türkiyədən Rusiyaya qayıdan təyyarə fəlakət siqnalı verdi
-
Sosial17:00
Əhaliyə xəbərdarlıq: Növbəti iki gündə...
-
Magazin216:21
Halit Ergenc həbs edildi - Görün nəyə görə cəzalandırıldı