Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına təhlükə törətmir
Bizi izləyin

Ekopublika.az

Neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına təhlükə törətmir

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi təhlükə törətmir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Xəzər Avropa Klubunun (CEIBC) üzv şirkətləri ilə görüşündə deyib.

"Ölkədəki makroiqtisadi sabitlik, ÜDM-in 74 faizi həcmində strateji valyuta ehtiyatları və dövlət borcunun minimum səviyyəsi belə şəraitdə manevr etməyə imkan verir", Rüstəmov əlavə edib.

AMB sədri qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, gələn il neftin orta hesabla qiyməti 99,5 dollar təşkil edəcək, hərçənd Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsində qiymət 1 barelə görə 90 dollar səviyyəsində nəzərdə tutulub. Bu ilin büdcə proqnozları 1 barel/100 dollar səviyyəsində formalaşdırılıb.

Elman Rüstəmov bildirib ki, Rusiyaya qarşı sanksiyaların da Aərbaycana təsiri minimum səviyyədəd ola bilər.

"Azərbaycan bu sanksiyaların ən az təsir edəcəyi ölkələr sırasındadır, çünki ölkənin Rusiya iqtisadiyyatından asılılığı 3 faizdən azdır", AMB sədri deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm