Çin bu təşkilata ABŞ-dan şikayət etdi
Bizi izləyin

Ekopublika.az

Çin bu təşkilata ABŞ-dan şikayət etdi

Çin elektromobil alıcılarına vergi güzəştlərinin tətbiqi ilə əlaqədar Ümumdünya Ticarət Təşkilatına ABŞ-dan şikayət edib.

Publika.az xəbər verir ki, bu barədə Çin Kommersiya Nazirliyi açıqlama yayıb.

Rəsmi Pekin hesab edir ki, Çin istehsalı olan elektromobillərin daxil edilmədiyi vergi güzəştləri proqramı ədalətli rəqabəti pozur və Çin məhsullarının satışına mənfi təsir göstərir.

Nazirlik Vaşinqtonun bu cür addımlarla Ticarət Təşkilatının qaydalarını pozduğunu düşünür.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden administrasiyası 2022-ci ildə qəbul edilmiş inflyasiyanın azaldılması haqqında qanuna əsasən elektromobillərə vergi güzəştləri tətbiq edib.

Vergi güzəştləri üçün şərtlərə isə elektromobillərin ABŞ-da istehsal olunması, onların mineral komponentlər və batareya üçün müəyyən tələblərə cavab verməsi daxildir. ABŞ-ın vergi güzəştləri proqramının Çin müəssisələrini tədarük zəncirindən kənarlaşdırmağı hədəflədiyi hesab edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm