Kriminal
Bakıda fahişəlik edən qadın bu qədər cərimə ödəyib azadlığa çıxdı

Bakıda həmcinslərini fahişəliyə cəlb edən 22 yaşlı qız cinayət məsuliyyətinə cəlb edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Quba rayon sakini olan 2002-ci il təvəllüdlü Aygün Həsənova (şərti adlı) barəsində Cinayət Məcəlləsinin 243-cü (Fahişəliyə cəlbetmə) maddəsi ilə açılmış işə Nizami Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə bildirilib ki, Aygün həmcinsini 300 manat pul müqabilində görüşmək məqsədi ilə “Astoria” hotelinə aparıb. O, pulun 100 manatını özünə götürüb, 200 manatını isə rəfiqəsinə ödəmək şərti qoyubmuş. Daha sonra polis əməkdaşları hoteldə əməliyyat keçirərək Aygünü və həmin şəxsləri saxlayıblar.
Məhkəmə Aygün Həsənovanın törtdiyi əmələ görə ötən ilin dekabrından həbsdə saxlanmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsinə qərar verib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə A.Həsənova 2 min manat cərimə edilib və məhkəmə zalından sərbəst buraxılıb.
Turqut Seyidov

-
Sosial11:58
Ekspert üsyan etdi: Bu sistem gənclərə hansı dəyərləri ötürüb?
-
Region10:50
Pezeşkian Azərbaycana müraciət etdi: İsraili dayandırın
-
Yaxın Şərq10:36
İsrailin hücumuna görə bu ölkə günahkardır - Pezeşkian adını açıqladı
-
Region09:12
İsrail SEPAH-ın Qüds Qanadının komanda məntəqələrini vurdu - VİDEO
-
Magazin108:36
Bakıdakı konsertdən FOTOLAR
-
Magazin106:16
Nüşabə nəvəsini dollar yağışına tutdu - VİDEO
-
Region03:43
İranın nüvə obyektində zəlzələ baş verdi
-
Dünya02:12
6,1 bal gücündə zəlzələ bu ölkəni SİLKƏLƏDİ