Merih Demiral "bozqurd" işarəsini niyə göstərib? - Səbəb ortaya çıxdı
Bizi izləyin

İdman

Merih Demiral "bozqurd" işarəsini niyə göstərib? - Səbəb ortaya çıxdı

Avro-2024-ün 1/8 finalında Avstriya ilə görüşdə (2:1) 2 qol vuran Türkiyə millisinin futbolçusu Merih Demiralın "bozqurd" işarəsi göstərməsi gündəm olub.

Publika.az xəbər verir ki, Avstriya dövləti ərazisində türklüyün rəmzi hesab edilən işarəsini qadağan edib. "Qartallar"ın qapısına qol vuran Merih qarşı tərəfə etiraz əlaməti olaraq məhz bu işarəni göstərib.

Həmçinin oyundan sonra qol sevinci barədə danışan Demiral "Türk olduğum üçün çox xoşbəxtəm. Çox qürur duyuram. Qoldan sonra bunu iliklərimə qədər hiss edirəm. Ona görə belə bir şey hiss etmək istədim. Azarkeşlərimiz bizimlə qürur duyur. Tribunada "bozqurd" işarəsi göstərənləri görmüşdüm. Mən də bundan həvəsləndim", - deyə cavab verib.

Qeyd edək ki, Almaniya polisinin də oyun günü türk azarkeşlərə "bozqurd" işarəsi və "Kurtlar Vadisi"nin "Cendere" mahnısını qadağan etdiyinə dair iddialar var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm