Nəqliyyat
Bakıda bu tarixdə yeni metrostansiya açılacaq
![](https://publika.az/storage/2023/04/05/metro.jpg?v1720263093)
"B-04" metrostansiyası 2025-ci ilin sonunda hazır olacaq. Hazırda inşaatın tamamlanma mərhələsidir. Stansiyada üzlüyün vurulmasına hazırlıq işləri görülür.
Publika.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, texnoloji proseslərin ardıcıllığına görə, divarların təmizlənməsi, yuyulması, sahənin bu istiqamətdə işlər üçün hazırlıq vəziyyətinə gətirilməsi tədbirləri görülür:
"8 Noyabr"dan B-4 stansiyasına qədər olan məsafədə dəmir yolları çəkilib. Yolun digər üst quruluşu elementləri quraşdırılıb. Bu tədbirlər də hal-hazırda davam etdirilir. Bundan əlavə olaraq təbii ki, stansiyada infrastrukturun qurulması istiqamətində işlər başlamaq ərəfəsindədir. Eskalatorlar stansiya ərazisinə gətirilib. Ventilyayorlar da stansiya ərazisindədir".
Qeyd edək ki, B-4 stansiyası Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığında yerləşir.
![Publika.az](https://publika.az/assets/main/image/logo-nav.png)
-
İqtisadi gündəm14:20
Türkiyə yol haqlarını artırdı: Rusiyadakı nəhəng şirkətlər hərəkətə keçdi
-
Nida Xəbər 13:55
TDT-nin büdcəsinin artırılmasına dair sənəd imzalandı
-
Rəsmi xronika13:46
Azərbaycan TDT-nin hesabına 2 milyon dollar məbləğində vəsait köçürüb
-
Dünya13:24
Rusiya və Çin hərbi gəmiləri birgə hərəkətə keçdi: Yaponiya bəyanat yaydı
-
Nida Xəbər 11:40
Azərbaycan tarixində ilk - “Xocalı” ABŞ limanında - FOTO
-
Yaxın Şərq11:16
Tarix açıqlandı: HƏMAS və İsrail görüşür, atəşkəs elan ediləcək
-
Rəsmi xronika10:36
İlham Əliyev İranın yeni seçilmiş Prezidentini təbrik etdi
-
Nida Təhlil 10:32
Paşinyan üçün Avropa İttifaqı tələsi: Rusiyaya qarşı görün hansı plan işə salınır