Görün Kennedi amerikalılara nə vəd etdi: Prezident seçilsə...
Bizi izləyin

Ekopublika.az

Görün Kennedi amerikalılara nə vəd etdi: Prezident seçilsə...

Amerikalı siyasətçi Robert Kennedi ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində qalib gələrsə , 4 milyon bitkoin (BTC) ehtiyatı axtaracağını vəd edib.

Publika.az xəbər verir ki, bu barədə “Crypto News Flash” məlumat yayıb.

“Bitkoin vicdanlı valyutadır... Hər şey mühasibat kitabçasında qeyd olunur və demokratiya ilə bunu etmək lazımdır”, - deyə siyasətçi bildirib.

Kiçik Kennedi qeyd edib ki, bitkoinlərin alışı 615 milyard dollar məbləğində baş verməlidir ki, bu da ölkənin qızıl ehtiyatlarına bərabərdir. O, ABŞ Federal Ehtiyat Sistemini belə bir tədbirin zəruriliyinə inandırmağı öz üzərinə götürüb.

Ehtimal olunur ki, belə bir addım həm də investorların mənfəətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq, çünki siyasətçi, kapital bitkoinlərdə olarsa, gəlir vergisini ləğv etmək niyyətini açıqlayıb.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm