Ekopublika.az
Azərbaycanda qadınların İKT Klubu yaradılır
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları
(İKT) sahəsində çalışan qadınlardan ibarət ilk peşəkar qurum –
Azərbaycan Qadınlarının İKT Klubu (AQİK/“FEMMES DIGITALES”)
yaradılır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) Publika.az-a
verilən məlumata görə, klubun rəsmi açılış mərasimi dekabrın 3-də
“Bakutel-2014” beynəlxalq telekommunikasiya və informasiya
texnologiyaları sərgisi çərçivəsində Bakı Sərgi Mərkəzində
keçiriləcək.AQİK-nın yaradılmasında məqsəd dövlət və özəl
sektorlarda, habelə ictimai fəaliyyət sahələrində İKT istiqaməti
üzrə çalışan fəal qadın və qızları bir araya gətirməkdir. Klubun
üzvlərinə təlim kursları keçiriləcək, karyera qurmaq imkanları
yaradılacaq.
Klubun təsisçiləri “B.est Solutions”, “Microsoft”, “HP”,
“Azercell”, “Bakcell”, “Azerfon”, “BBTV”, RYTN, Yüksək
Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və digər təşkilatlarda çalışan
qadınlardır.
-
İdman21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı