İqtisadi gündəm
Azərbaycan almanı xaricə neçəyə ixrac edir? - QİYMƏT AÇIQLANDI
2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycandan ixrac dəyəri 34 milyon 332 min dollar olan 53 min 36 ton həcmində alma ixracı baş tutub.
Publika.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 106 min 440 dollar və ya 0,3%, miqdar ifadəsilə 1 min 151 ton, başqa sözlə 2,1% azalıb.
Xatırladaq ki, 2023-cü ilin ilk 9 ayında isə Azərbaycandan 34 milyon 438 min dollar dəyərində 54 min 187 ton alma ixrac olunmuşdu.
Bu ilin yanvar-sentyabr ayında Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 10 qəpik təşkil edib. 2023-cü ilin eyni dövründə isə bu göstərici 1 manat 8 qəpik idi. Bu da illik müqayisə ilə 2 qəpik və ya 1,9% artım deməkdir.
Bu il ümumi ixracının 0,17%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,39%-i almanın payına düşüb.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
























.jpg)












