Naxçıvanda istehlakçılara neçə milyon manat ƏDV məbləği geri qaytarılıb?
Bizi izləyin

Ekopublika.az

Naxçıvanda istehlakçılara neçə milyon manat ƏDV məbləği geri qaytarılıb?

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Xidmətdən Publika.az-a verilən məlumata görə, 2024-cü il ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 404,5 milyon manat təşkil edib.

Bildirilib ki, bu da 2023-cü illə müqayisədə 164,5 milyon manat və ya 1,7 dəfə çoxdur.

Qeyd edək ki, indiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,3 milyon manata yaxın ƏDV məbləği geri qaytarılıb. 2024-cü ildə istehlakçılara qaytarılan məbləğ əvəlki ilə nisbətən 68 faiz artaraq 1,4 milyon manatdan çox olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm