bp-dəki ixtisarlar Azərbaycana da təsir edəcək
Bizi izləyin

Ekopublika.az

bp-dəki ixtisarlar Azərbaycana da təsir edəcək

Dünya bazarınada neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq bp (British Petroleum) şirkətindəki struktur dəyişikliyi və ixtisarlar Azərbaycandakı ofisinə də təsir edəcək.

Publika.az-ın məlumatına görə, bu barədə şirkətdən BBC-yə verilən açıqlmada qeyd edilib.

"Dəyişiklər əsasən şirkətin operativ fəaliyyətinə deyil, korporativ strukturuna təsir edəcək. Bu, daha çox London, Hyuston ofislərimizə aiddir. Amma Azərbaycana da bir qədər təsir göstərəcək", - şirkətin mətbuat xidmətindən bildirilib.

Konkret ölkələrlə bağlı detalları açıqlamayan şirkət qeyd edib ki, dəyişiklər əsasən bo-nin biznes fəaliyyətini və korporativ funksiyalarını sadələşdirmək planlarının bir hissəsi olaraq həyata keçiriləcək.

Qeyd dək ki, dünyada 84 000 adam bp-də işləyir. bp-nin məlumatına görə, 2013-cü ilin sonunda Azərbaycanda şirkət tərəfindən daimi işə götürülmüş şəxslərin sayı 3254 olub ki, bunların da 2760-ı Azərbaycan vətəndaşlarıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm