Ekopublika.az
Emin Ağalarovdan kazino ilə bağlı tənqidlərə CAVAB - VİDEO
Biznesmen Emin Ağalarov Azərbaycanda kazino açmaq qərarına görə ona ünvanlanan tənqidlərə cavab verib.
Publika.az xəbər verir ki, o, bu bizneslə bağlı bir çox məsələyə aydınlıq gətirib.
Emin Ağalarovun sözlərinə görə, 21 yaşından kiçik heç kim kazinoya buraxılmayacaq.
O diqqətə çatdırıb ki, Gürcüstanda kazinolarda oynayanların 17 faizi azərbaycanlıdır.
"Biz bu işi ölkəyə qaytarmaq istəyirik", - deyə biznesmen qeyd edib.
Emin Ağalarov bu gün kazinosuz turizmi inkişaf etdirməyin bütün dünya təcrübəsindən geri qaldığını söyləyib: "İstəyirik ki, heç vaxt buraya gəlməyəcək əcnəbilər burada oynasınlar, beynəlxalq poker turnirləri keçirmək istəyirik".
Biznesmen hədəfini də açıqlayıb: "Monako, Makao, Şimali Kipr və Las-Veqasla yanaşı, kazinoların sayına görə beşinci nöqtə olacağıq. Bu, bizə imkan verəcək ki, bu ilin sonuna qədər bir çoxu hazırda Azərbaycanda mövcud olmayan ən azı 12 beynəlxalq hotel operatoru ilə müqavilə imzalayaq və onları "Sea Breeze"ə hotel biznesi kimi inteqrasiya edək".
Ağalarov vurğulayıb ki, bütün bunlar sayəsində mövsüm xaricində də hotellər turistlərlə dolu olacaq: "Turistlər isə pul xərcləyirlər. Bu isə müvafiq olaraq, daha çox iş yeri, dövlət üçün daha çox vergi və daha çox turist deməkdir. Bu da ölkəmizin çiçəklənməsidir".
Посмотреть эту публикацию в Instagram
Sağlamlıq14:30"Paxmel"dən sonra nə yemək lazımdır? - Həkim tövsiyəsi
Dünya14:00CIA direktorunun Moskvaya gizli səfəri: Trampın Rusiya ilə bağlı planı üzə çıxdı
Rəsmi xronika13:41İlham Əliyevin sosial media hesablarında Paşinyanla görüşündən paylaşım edildi
Nida Xəbər 13:38Əli Əsədov Oljas Bektenovu təbrik etdi
Sosial12:54Bakıda bu avtobusda qiymət 65 qəpik oldu
Nida Xəbər 11:30İslam Rzayevin həbs müddəti uzadıldı
Region10:42Putin Köçəryanı təbrik etdi: Görün nə arzuladı
Rəsmi xronika10:38İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verdi








.jpg)
















.jpg)





.jpg)













.jpg)

